Azərbaycan Texnologiya Universitetində kafedra müdiri və dosent axtarır

Azərbaycan Texnologiya Universitetində

Azərbaycan Texnologiya Universiteti iki vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Vakansiyalar “Humanitar elmlər və multikulturalizm” və “İqtisadiyyat” kafedralarını əhatə edir.

Monetar.az xəbər verir ki, müsabiqəyə əsasən, “Humanitar elmlər və multikulturalizm” kafedrasına müdir, “İqtisadiyyat” kafedrasına isə dosent vəzifəsi üzrə namizədlər qəbul olunur.

Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini elanın dərc edildiyi tarixdən etibarən bir ay ərzində təqdim etməlidirlər.

Sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 5 fevral 2018-ci il tarixli F-100 nömrəli və 7 avqust 1996-cı il tarixli 401 nömrəli əmrləri ilə təsdiq edilmiş qaydalara uyğun qəbul ediləcək.