Doktorantlar üçün xarici dil imtahanının danışıq mərhələsi keçirilib

Doktorantlar üçün xarici dil imtahanının danışıq mərhələsi

Noyabrın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktoranturada təhsil alan və ya təhsilini başa vurmuş iddiaçılar üçün xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsi keçirilib.

Bu mərhələdə iştirak etməli olan 253 nəfərdən 160-ı imtahana qatılıb.

Danışıq bloku imtahanı üç hissədən ibarətdir. İştirakçılara tapşırıqlar üzərində düşünmək və sualları cavablandırmaq üçün ümumilikdə 15 dəqiqə vaxt verilir. Birinci hissə üzrə 3, ikinci hissə üzrə 5, üçüncü hissə üzrə isə 2 bal olmaqla, maksimum 10 bal toplamaq mümkündür.

Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər noyabrın 22-də keçirilmiş ilk dörd blok üzrə imtahanda tələb olunan nəticəni əldə etsələr belə, müvafiq şəhadətnamə ala bilməyəcəklər.

Xarici dil fənni üzrə imtahanın ümumi nəticələrinin iki həftə ərzində elan olunması nəzərdə tutulur.