Neftdən asılılıq azalır? - 2027-ci il üçün büdcə proqnozları

Neftdən asılılıq azalır? -

2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 141 milyard manat olacağı proqnozlaşdırılır. Bunun 109,1 milyard manatının qeyri-neft-qaz sektorunun hesabına formalaşacağı gözlənilir.

Monetar.az xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, 2027-ci il üzrə proqnozlara əsasən, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 77,4 faiz təşkil edəcək. Neft-qaz sektorunun payı isə 31,9 milyard manat və ya 22,6 faiz səviyyəsində gözlənilir.

Beləliklə, gələn il ölkə iqtisadiyyatının təxminən hər 4 manatından 3,1 manatının qeyri-neft-qaz sektorunda yaradılması nəzərdə tutulur.

2027-ci il üçün icmal büdcənin gəlirləri 47,6 milyard manat, dövlət büdcəsinin gəlirləri isə 39,3 milyard manat proqnozlaşdırılır.

İcmal büdcənin xərclərinin 50,4 milyard manat, dövlət büdcəsinin xərclərinin isə 42,4 milyard manat olacağı gözlənilir.

Bu proqnozlara əsasən, dövlət büdcəsinin gəlirləri ilə xərcləri arasındakı fərq 3,1 milyard manat təşkil edəcək.

İcmal büdcə üzrə isə xərclərin gəlirləri 2,8 milyard manat üstələyəcəyi nəzərdə tutulur.