Azərbaycanda əhalinin borclanma səviyyəsi üzrə diffuziya indeksi 2026-cı ilin III rübündə 17 faiz təşkil edib.
Monetar.az Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu göstərici ilin I rübündə 26 faiz, II rübündə isə 21 faiz olub.
Beləliklə, borclanma səviyyəsində artım barədə bankların qiymətləndirmələrini əks etdirən indeks ardıcıl olaraq aşağı düşüb.
Maraqlı məqam ondan ibarətdir ki, əhalinin borclanmasında artım müşahidə olunsa da, bankların cavabları bu artımın yayılma intensivliyinin zəiflədiyini göstərir.
Qeyd edək ki, diffuziya indeksi borcun faktiki artım faizini deyil, sorğuda iştirak edən bankların qiymətləndirmələrinin istiqamətini əks etdirir.