Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, bu təltifə Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə layiq görülüb.
Sabah - noyabrın 29-da Əhməd Vəliyevin 80 yaşı tamam olacaq. O, Odlar Yurdu Universitetinin rektoru və keçmiş millət vəkilidir (Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı olub).