Maskın sərvəti bir sutka ərzində təxminən 40 milyard dollar artıb

Maskın sərvəti bir sutka ərzində təxminən

Amerikalı sahibkar İlon Maskın sərvəti son sutkada 39,7 milyard dollar artaraq 859 milyard dollara yüksəlib. Bloomberg Billionaires Index (BBI) məlumatına görə, Nvidia şirkətinin rəhbəri Censen Xuanqın sərvəti də təxminən 1 milyard dollar artıb.

Mask dünyanın ən varlı şəxsləri siyahısında liderliyini qoruyur. Amazonun təsisçisi Ceff Bezos 364 milyard dollar sərvətlə ikinci, 126 milyard dollar kapitala malik Xuanq isə 16-cı yerdə qərarlaşıb.

Həmin gün Nasdaq birjasında Nvidia səhmləri 31,48% bahalaşaraq 165,05 dollara, Tesla səhmləri 11,46% artaraq 385,46 dollara, SpaceX səhmləri isə 4,35% yüksələrək 133,35 dollara çatıb.

MONETAR.AZ