Noyabrın 27-də Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün işçilərin fəaliyyətinin müasir metodlarla qiymətləndirilməsinə dair təlim keçirib.
Təlimdə SMART tapşırıqların hazırlanması, əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və hesablanması, OKR yanaşması, BARS qiymətləndirmə şkalası, 360 dərəcə rəy, rüblük fərdi görüşlər və SBI modeli ilə geribildirim üsulları izah olunub.
Həmçinin qiymətləndirmə prosesində rast gəlinən “halo” effekti, sonuncu hadisə və mərkəzi meyl xətaları, eləcə də onların qarşısının alınması yolları müzakirə edilib.
İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçılar simulyasiya videoları əsasında fərdi, cüt və qrup şəklində praktiki tapşırıqlar yerinə yetiriblər. Sonda onları maraqlandıran suallar cavablandırılıb.