ABŞ-da inflyasiya FED-in faiz artımı ehtimalını gücləndirib

ABŞ-da inflyasiya FED-in faiz artımı ehtimalını

ABŞ-da fərdi istehlak xərcləri qiymətləri indeksi (PCE) oktyabrda illik ifadədə 3,8% artaraq proqnozlara uyğun gəlib. Bu göstərici ölkədə qiymət təzyiqinin davam etdiyini və Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətini sərtləşdirməsi ehtimalını gücləndirir.

Aylıq ifadədə PCE artımı sentyabrdakı 0,5%-dən 0,3%-ə enib. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza PCE indeksi isə illik 3,3%-ə yüksəlib. Bu, 3,2%-lik proqnozu və sentyabrın 3,1%-lik göstəricisini üstələyib. Aylıq baza inflyasiyası 0,3% səviyyəsində qalıb.

İstehlak xərclərinin artımı da zəifləyib. Oktyabrda göstərici 0,3% təşkil edib. Bu, sentyabrda qeydə alınan 0,6%-dən aşağı, iqtisadçıların 0,4%-lik proqnozundan isə zəif olub. Fərdi gəlirlər isə 0,7% artıb.

Əmək bazarında işsizlik müavinəti üçün ilkin müraciətlərin sayı 189 minə enib. Eyni zamanda, ABŞ iqtisadiyyatının üçüncü rübdə artımı yenidən qiymətləndirilərək 3,4%-dən 4,3%-ə yüksəldilib.

CIBC analitiklərinin fikrincə, üçüncü rübdə daxili tələbatın təxminən 6% artması süni intellekt sahəsində investisiyalar və istehlak hesabına iqtisadi fəallığın güclü qaldığını göstərir.

İnflyasiyanın FED-in 2%-lik hədəfindən yüksək olması faiz dərəcələrinin artırılması ehtimalını gündəmdə saxlayır. Bununla belə, belə addım iqtisadi artımın zəifləməsi riskini də yaradır.

MONETAR.AZ