“Starbucks” Yaponiyadakı biznesinin mümkün satışını araşdırmaq üçün “Citigroup” və “Morgan Stanley” də daxil olmaqla maliyyə məsləhətçiləri cəlb edib. Bu barədə “Bloomberg” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şirkət strateji və maliyyə investorlarının marağını öyrənir. Bir neçə milyard dollar dəyərində qiymətləndirilə biləcək satış prosesi bu ilin sonunadək başlaya bilər. Bununla belə, danışıqlar ilkin mərhələdədir və sövdələşmənin baş tutacağına zəmanət yoxdur.
“Starbucks” Yaponiyada 30 ildən artıqdır fəaliyyət göstərir və ölkədə təxminən 2 000 qəhvəxanaya sahibdir.
Mümkün satış şirkətin beynəlxalq biznesinin yenidən qurulması strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Bu çərçivədə “Starbucks” daha əvvəl Çindəki biznesinin nəzarət paketinin yerli investorlara satılması ilə bağlı da razılaşma əldə edib.
MONETAR.AZ