Bitcoin bu gün 0,75% bahalaşaraq 61 431,9 dollara çatıb.
Bakı vaxtı ilə saat 09:17-yə olan məlumata görə, kriptovalyuta son yeddi həftədə ilk dəfə həftəni müsbət göstərici ilə başa vurmağa hazırlaşır. Həftəlik artım 2,2% təşkil edir.
Dünyanın ən böyük kriptovalyutası həftənin əvvəlində 57 325,7 dollara enərək ikiillik minimumunu qeydə almışdı. Sonrakı yüksəlişə bazarlarda risk iştahasının yaxşılaşması və ucuzlaşmış aktivlərin alınması dəstək verib.
ABŞ-da Şükranlıq Günü ilə əlaqədar ticarət həcmlərinin azalması da kriptovalyuta qiymətlərinin artmasına təsir göstərib.
Bununla belə, Bitcoinin mövqeləri hələ də kövrəkdir. Yüksək inflyasiya fonunda ABŞ-da 2027-ci ildə faiz dərəcələrinin artırılması ehtimalı və mümkün tənzimləyici dəyişikliklər bazar üçün əsas risklər olaraq qalır. İnvestorlar xüsusilə Konqresin hər iki palatasında nəzarətin demokratlara keçməsi ehtimalını izləyirlər.
MONETAR.AZ