Dünya əmtəə bazarlarında müxtəlif istiqamətlərdə qiymət dəyişiklikləri qeydə alınıb. Metallara tələbatın təsiri ilə platin 3,17% bahalaşdığı halda, kənd təsərrüfatı məhsulları arasında ən böyük ucuzlaşma rezində müşahidə olunub.
Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında qəhvənin qiyməti isə 0,53% azalıb. Palma yağı isə 1,49% bahalaşaraq bu qrupda ən yüksək artım göstərib.
Metal bazarında platinin qiyməti 3,17% yüksəlib. Silisium 1,51%, alüminium ərintisi isə 1,19% bahalaşıb. Qızılın qiyməti 0,63% azalaraq günün ən çox ucuzlaşan metalı olub.
Enerji məhsulları arasında metanolun qiyməti 2,83% artıb. Brent markalı neft 1,65%, xam neft isə 1,27% bahalaşıb. Təbii qazın qiymətində isə 1,59% azalma qeydə alınıb.