Çin 6G şəbəkəsini 2030-cu ilədək istifadəyə verməyi planlaşdırır

Çin 6G şəbəkəsini 2030-cu ilədək istifadəyə verməyi

Çinin aidiyyəti qurumları 6G rabitə şəbəkələrinin qurulması üzrə yol xəritəsini açıqlayıb. “Sinxua” agentliyinin məlumatına görə, yeni nəsil rabitənin 2030-cu ilədək tam əhatə dairəsi ilə istifadəyə verilməsi nəzərdə tutulur.

Plan 6G şəbəkələrinin yaradılmasını, aşağı Yer orbitində peyk interneti sisteminin qurulmasını, həmçinin sənaye və nəqliyyat sahələrində inteqrasiya olunmuş şəbəkələrin inkişafını əhatə edir.

Çinin “China Mobile” operatoru 2025-ci ilin iyulunda dünyada ilk eksperimental 6G şəbəkəsini işə salıb. 10 baza stansiyasından ibarət sınaq infrastrukturu saniyədə 280 Qbit-ə qədər sürət nümayiş etdirib. Layihə Çin Elmlər Akademiyası ilə birgə həyata keçirilib.

Noyabrın 24-də Şanxayda keçirilən qlobal konfransda bildirilib ki, Çin 6G texnologiyaları üzrə patent müraciətlərinin sayına görə liderdir və 300-dən çox əsas texnoloji aktiv hazırlayıb.

6G sahəsində Çinin əsas rəqiblərindən biri Cənubi Koreyadır. Ölkə kommersiya şəbəkəsini 2028-ci ildə istifadəyə verməyi planlaşdırır. Layihədə “Samsung” və “LG” şirkətləri iştirak edir. ABŞ, Avropa və Yaponiyanın texnologiya şirkətləri də 6G üzrə tədqiqat və patent fəaliyyətlərini davam etdirirlər.

MONETAR.AZ