Hindistan və ABŞ ticarət razılaşmasını yekunlaşdırmaq üzrədirlər

Hindistan və ABŞ ticarət razılaşmasını yekunlaşdırmaq

Hindistan və ABŞ çoxdan gözlənilən ticarət sazişi üzrə danışıqları yekunlaşdırmağa yaxındır. Hindistanın ticarət naziri Piyuş Qoyal bildirib ki, razılaşmanın rəsmiləşdirilməsi istiqamətində konkret irəliləyiş əldə olunub.

Bu açıqlama ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn Vaşinqtonun saziş əldə ediləcəyi təqdirdə Hindistan mallarına tətbiq olunan rüsumları 17%-lə məhdudlaşdıracağını bildirməsindən sonra səslənib. Bu, rüsumların 25%-ə qədər artırılması ehtimalının qarşısını ala bilər.

Hindistanın Ticarət Nazirliyi ABŞ Ticarət Nümayəndəliyinin (USTR) müvafiq bildirişini araşdırdığını açıqlayıb. Yeni Dehli həmçinin ticarət araşdırması çərçivəsində ölkənin heç bir sahədə struktur istehsal artıqlığına malik olmadığını ABŞ tərəfinə çatdırıb.

Nazirlik Hindistanın araşdırmada konstruktiv iştirak etdiyini vurğulayaraq, ticarət məsələlərinin davam edən saziş danışıqları çərçivəsində həllinə çağırıb.

MONETAR.AZ