DİM Mədəniyyət Nazirliyinin əməkdaşları üçün təlim keçirib

DİM Mədəniyyət Nazirliyinin əməkdaşları üçün

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 26-da Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim təşkil edib.

Təlimçi Anar Həsənovun apardığı məşğələlərdə təşkilati mədəniyyət, işgüzar etika, vətəndaşlarla ünsiyyət, vaxta qənaət, dinləmə və izah etmə bacarıqları, eləcə də xidmət zamanı yaranan stress və münaqişəli vəziyyətlərin idarə olunması məsələləri müzakirə edilib.

İştirakçılar mövzular üzrə fərdi və qrup şəklində interaktiv tapşırıqları yerinə yetiriblər. Sonda onların sualları cavablandırılıb.