DİM-də noyabrın 28-də TOEFL iBT imtahanı keçiriləcək

DİM-də noyabrın 28-də TOEFL iBT imtahanı

Noyabrın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı təşkil olunacaq.

İmtahan saat 09:00-da başlayacaq. İştirakçılar başlanğıc vaxtından ən azı bir saat əvvəl şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasının qarşısında olmalıdırlar.

15 yaş və daha aşağı yaş qrupuna aid iştirakçılar imtahana valideynləri ilə birlikdə gəlməlidirlər.

İmtahan DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.