Metallurgiya istehsalı artsa da, hazır metal məmulatlarının istehsalı azalıb

Metallurgiya istehsalı artsa da, hazır metal məmulatlarının istehsalı

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1 milyard 539,6 milyon manatlıq məhsul istehsal olunub.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə metallurgiya sənayesində istehsal 6,4% artıb, hazır metal məmulatlarının istehsalında isə 18,1% azalma qeydə alınıb.

Hesabat dövründə alüminium məmulatlarının istehsalı 56,7%, armatur istehsalı 13,1% artıb. Eyni zamanda, metaldan konstruksiyaların istehsalı 13,6%, digər metal məmulatlarının istehsalı isə 58,2% azalıb.

On ayda 253,7 min ton polad tökmə, 346,5 min ton armatur, 136,2 min ton polad boru və 63,1 min ton alüminium məmulatları istehsal edilib. Polad boru istehsalı 24,6%, emal edilməmiş qurğuşun, alüminium, sink və nikel istehsalı isə 40,5% azalıb.