"Volkswagen" əməkhaqlarının dondurulmasını və əlavə ixtisarları müzakirə edir

"Volkswagen" əməkhaqlarının dondurulmasını və əlavə ixtisarları

“Volkswagen” işçi heyətinin ixtisarı və xərclərin azaldılması planları çərçivəsində əməkhaqqı məsələləri üzrə həmkarlar ittifaqı ilə danışıqlara başlayıb.

Çin istehsalçılarının rəqabəti, tarif xərcləri və texnoloji dəyişikliklərlə üzləşən şirkət dünya üzrə 100 min iş yerini ixtisar etməyi planlaşdırır. Restrukturizasiyanın əsas hissəsi Almaniyaya aiddir. Növbəti onilliyin əvvəlinədək ölkədə dörd zavodun bağlanması ehtimalı var.

Şirkət 2027-2028-ci illərdə Almaniyadakı əməkdaşların maaşlarını dondurmağı, bir sıra güzəştləri ləğv etməyi və 35 saatlıq iş həftəsinin şərtlərini dəyişməyi təklif edir. Təkliflərə yubiley bonuslarının, bəzi ödənişli fasilələrin və bayram günlərində istirahət güzəştlərinin ləğvi də daxildir.

Danışıqların ilk mərhələsi bağlanma təhlükəsi ilə üzləşən zavodlardan birinin yerləşdiyi Emden şəhərində keçirilir. Həmkarlar ittifaqı və istehsalat şurası şirkətin təkliflərinə etiraz edir. Mübahisə həll olunmasa, müəssisələrdə tətillər yanvarın 1-dən başlaya bilər.

“Volkswagen” rəhbərliyi zəif satışları, maliyyə ehtiyatlarının azalmasını və aşağı mənfəət marjasını ixtisarların əsas səbəbləri kimi göstərir. Şirkətin əməliyyat marjasının 2026-cı ildə ən çoxu 1% olacağı gözlənilir. Bu göstərici 2024-cü ildə 5,9% təşkil edib.

MONETAR.AZ