Çinin “XPeng” şirkəti “IRON” adlı insanabənzər robotunu 2027-ci ilin birinci rübündə pərakəndə satış mağazalarında sınaqdan keçirməyə başlayacaq. Robot müştəriləri qarşılamaq, məhsullar barədə məlumat vermək və digər xidmət işlərini yerinə yetirəcək. İctimai təqdimatın gələn ilin ikinci rübündə keçirilməsi planlaşdırılır.
Şirkət noyabrın 25-də Quançjouda keçirilən “AI Day 2026” tədbirində bildirib ki, robotun seriyalı istehsalına 2027-ci ilin yanvarında başlanacaq. 170 santimetr boyunda və 62 kiloqram çəkidə olan “IRON” üç xüsusi “Turing AI” çipi ilə təchiz edilib və 2 250 TOPS hesablama gücünə malikdir.
“XPeng” tədbirdə avtomobillər və robotlar üçün nəzərdə tutulan “Turing (VLA 3.0)” fiziki süni intellekt arxitekturasını da təqdim edib.
Şirkətin rəhbəri He Syaopen “IRON”un gələcəkdə avtomobil sərgilərində yeni modelləri təqdim edə biləcəyini bildirib. “XPeng” həmçinin 2027-ci ildə ilk xüsusi “YOYO-01” robotaksisini istifadəyə verməyi planlaşdırır.
MONETAR.AZ