Azərbaycanda ipoteka kreditlərinə tələb artmasına baxmayaraq, banklar bu kreditlərin verilməsi üzrə standartları dəyişməyiblər.
Monetar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin III rübü üzrə sorğusunda bildirilib.
Hesabata əsasən, cari ilin III rübündə ipoteka kreditlərinə tələb yüksəlib. Bununla belə, banklar əvvəlki rüblə müqayisədə ipoteka kreditlərinin standartlarında dəyişiklik etməyiblər.
Bankların növbəti rübə dair gözləntiləri də sabitliyin qorunacağı istiqamətindədir. Respondentlər həm ipoteka kreditləri üzrə standartların, həm də tələb səviyyəsinin dəyişməyəcəyini proqnozlaşdırırlar.
.