Azərbaycana gətirilən bir elektrik avtomobilinin orta gömrük dəyəri 26,3 min dollar olub

Azərbaycana gətirilən bir elektrik avtomobilinin

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal edilən bir elektrik avtomobilinin orta statistik dəyəri 26,3 min ABŞ dolları təşkil edib.

Monetar.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 706 ədəd yalnız elektrik mühərriki ilə hərəkət edən avtomobil gətirilib.

Bu avtomobillərin ümumi statistik dəyəri 18,6 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, xarici enerji mənbəyindən doldurula bilən hibrid avtomobillərin bir ədədinin orta statistik dəyəri 22,2 min dollar təşkil edib.

Xarici mənbədən doldurulmayan ənənəvi hibrid avtomobillərin orta statistik idxal dəyəri isə təxminən 22 min dollar olub.