Azərbaycana gətirilən avtobusların orta statistik dəyəri 164,6 min dollar olub

Azərbaycana gətirilən avtobusların

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal edilən bir avtobusun orta statistik dəyəri 164,6 min ABŞ dolları təşkil edib.

Monetar.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 591 ədəd avtobus gətirilib.

Bu nəqliyyat vasitələrinin ümumi statistik dəyəri 97,3 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, eyni dövrdə idxal edilmiş bir minik avtomobilinin orta statistik dəyəri 18,6 min dollar təşkil edib.

Beləliklə, bir avtobusun orta idxal dəyəri bir minik avtomobilinin orta dəyərindən təxminən 8,8 dəfə yüksək olub.