Azərbaycan 2026-cı ilin yanvar-oktyabr aylarında 1 milyard 279 milyon dollar dəyərində meyvə və tərəvəz ixrac edib.
Monetar.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracında meyvə və tərəvəzin payı xüsusilə yüksək olub.
Hesabat dövründə Azərbaycan mənşəli 353,2 min ton meyvənin ixrac dəyəri 527,5 milyon dollar təşkil edib. Tərəvəz ixracının həcmi isə 267,4 min ton, dəyəri 224,1 milyon dollar olub.
Beləliklə, Azərbaycan mənşəli meyvə-tərəvəz ixracının ümumi dəyəri 751,6 milyon dollara çatıb.
Qeyri-neft ixracının strukturunda bu məhsulların payı 23,59% təşkil edib.