Azərbaycana 1,8 milyard dollarlıq yüksək texnologiya məhsulları gətirilib

Azərbaycana 1,8 milyard dollarlıq

Azərbaycana 2026-cı ilin yanvar-oktyabr aylarında 1 milyard 827,5 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları idxal edilib.

Monetar.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, həmin dövrdə yüksək texnologiyalar məhsullarının ixracı cəmi 94,6 milyon dollar təşkil edib.

Beləliklə, yüksək texnologiya məhsulları üzrə idxal ixracı təxminən 19,3 dəfə üstələyib.

Hesabat dövründə Azərbaycanın ümumi idxalı 15 milyard 268 milyon dollar, ümumi ixracı isə 27 milyard 920,7 milyon dollar olub.

Yüksək texnologiya məhsullarının idxalının ümumi idxalda xüsusi çəkisi təxminən 12% təşkil edib.

Bu göstəricilər texnoloji məhsullar üzrə xarici ticarətdə idxaldan asılılığın yüksək olduğunu göstərir.