10 ayda Azərbaycana 1,2 milyon tondan çox buğda idxal edilib 

10 ayda Azərbaycana 1,2 milyon tondan çox

Azərbaycan 2026-cı ilin yanvar-oktyabr aylarında xaricdən 1 milyon 203,5 min ton buğda idxal edib.

Monetar.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal olunan buğdanın statistik dəyəri 253,3 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə ölkəyə ümumilikdə 2 milyard 328,3 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.

Ərzaq idxalında digər diqqətçəkən göstəricilər də var. Belə ki, 128,4 milyon dollarlıq kərə yağı və süddən hazırlanmış digər yağlar, 104,5 milyon dollarlıq ət, 74,6 milyon dollarlıq çay və 37,7 milyon dollarlıq düyü idxal edilib.

Bununla yanaşı, ölkəyə 160,5 min ton bitki və heyvan mənşəli piy və yağ gətirilib. Bu məhsulların dəyəri 256,6 milyon dollar olub.