Mal əti idxalı 20 faiz artıb 

Mal əti idxalı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 10,4 min ton iribuynuzlu heyvan əti idxal edilib. İdxalın dəyəri 43,3 milyon dollar olub.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə mal əti idxalının fiziki həcmi 19,9 faiz, dəyəri isə 27,1 faiz artıb.

Eyni zamanda, kərə yağı, digər süd yağları və pastalarının idxalı 18,7 min ton təşkil edib. Bu məhsulların idxal həcmi 5,1 faiz, dəyəri isə 16,6 faiz azalıb.