İcbari Sığorta Bürosunun 15 illiyi münasibətilə Fəxri Xiyaban ziyarət olunub

İcbari Sığorta Bürosunun 15 illiyi münasibətilə

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslər İttifaqının yaradılmasının 15 illiyi ərəfəsində Büronun rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət edib.

Ziyarət zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslər İttifaqı 29 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

15 il ərzində Büro ölkədə icbari sığorta sisteminin inkişafı və təkmilləşdirilməsi, sığorta sektorunda institusional mexanizmlərin gücləndirilməsi, eləcə də bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində mühüm işlər həyata keçirib.