Funt sterlinq bahalaşıb, avro ucuzlaşıb: dolların zəifləməsi məhdud qalır

Funt sterlinq bahalaşıb, avro ucuzlaşıb: dolların zəifləməsi

Bu gün valyuta bazarında funt sterlinq möhkəmlənib, avro isə ucuzlaşıb. Risk iştahasının artmasına baxmayaraq, Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətini sərtləşdirə biləcəyi gözləntiləri dolların zəifləməsini məhdudlaşdırıb.

Bakı vaxtı ilə saat 14:52-yə olan məlumata görə, funt 0,17% artaraq 1,3129 dollara, avro isə 0,07% azalaraq 1,0961 dollara düşüb.

ABŞ fond bazarlarında da yüksəliş gözlənilir: “Nasdaq” fyuçersləri 2,8%, “S&P 500” fyuçersləri 1,8% bahalaşıb. Bununla belə, “ING” analitiki Françesko Pezole dolların yaxın müddətdə kəskin zəifləməsinin ehtimalını aşağı qiymətləndirib. O, FES-in mümkün faiz artımının hələ də bazar gözləntilərində yer aldığını bildirib.

Böyük Britaniyada İngiltərə Bankının rəhbəri Endrü Beyli bankların artırılan bank yığımı ilə bağlı xərcləri müştərilərə ötürə biləcəyini deyib. Ekspertlər bunun yeni kreditlər üzrə komissiyaların artmasına səbəb ola biləcəyini bildirirlər.

“ING” dekabrda Avropa Mərkəzi Bankının faiz dərəcəsini yenidən artıracağını ehtimal edir. Bankın analitikləri yaxın müddətdə avronun 1,09-1,11 dollar diapazonunda hərəkət edəcəyini proqnozlaşdırırlar.

MONETAR.AZ