“Toyota” şirkəti 2023-cü ilin dekabrından dayandırdığı “Camry” sedanının Yaponiyada satışlarına yenidən başlayacaq. Avtomobillər ABŞ-ın Kentukki ştatındakı zavoddan tədarük ediləcək.
Yaponiya bazarı üçün uyğunlaşdırılan model sağ sükan, lokallaşdırılmış multimedia və naviqasiya sistemi ilə təchiz olunacaq. Şirkət avtomobil üçün ölkənin tamhüquqlu nəqliyyat vasitəsi tipinin təsdiqini də əldə edib.
“Camry” Yaponiyada 2,5 litrlik benzin mühərriki əsasında qurulmuş hibrid güc qurğusu və ön ötürücü ilə təklif ediləcək. Modelin iki versiyası satışa çıxarılacaq: “G” komplektasiyası 4,3 milyon yen (təxminən 27 000 dollar), “Z” versiyası isə 5,2 milyon yen (32600 dollar) qiymətində olacaq.
“Toyota” ayda 850 avtomobil satmağı hədəfləyir. “Camry” 2026-cı ildə ABŞ-da istehsal olunaraq Yaponiya bazarına qaytarılan üçüncü model olacaq. Şirkət qərarı gənc alıcıların krossoverlərlə yanaşı, ənənəvi sedanlara da marağının artması ilə əlaqələndirir.

MONETAR.AZ