Stellantis 2027-ci ildə Fiat 500 istehsalını 90 000-ə çatdıracaq

Stellantis 2027-ci ildə Fiat 500 istehsalını

“Milano Finanza” nəşrinin məlumatına görə, “Stellantis” elektrikli “Fiat 500” modellərində daha ucuz litium-dəmir-fosfat (LFP) batareyalarından istifadə etməyi nəzərdə tutur. Şirkət bu addımın avtomobilə tələbatı artıracağını gözləyir.

Avtomobil istehsalçısı İtaliyanın şimalında yerləşən Mirafiori zavodunda “Fiat 500” istehsalını bu il proqnozlaşdırılan 55 min ədəddən 2027-ci ildə 90 minədək artırmağı hədəfləyir.

“Stellantis” 2025-ci ilin sonunda hibrid versiyanın istehsala başlanması ilə zavodda illik istehsalı 100 min avtomobilə çatdırmaq niyyətini açıqlamışdı. Həmin vaxt bəzi analitiklər bu hədəfi həddindən artıq iddialı hesab etmişdilər.

MONETAR.AZ