Avropada təbii qazın topdansatış qiymətləri açıqlanıb

Avropada təbii qazın topdansatış qiymətləri

Bu gün Avropada təbii qazın topdansatış qiymətləri ucuzlaşıb. Bununla belə, Yaxın Şərqdə enerji infrastrukturuna hücumların artması fonunda neft bazarında yüksəliş davam edib.

Səhər ticarətində Niderlandın TTF qaz fyuçersləri 1,42% azalaraq 86,58 avro/MVt-saat təşkil edib. Həftəlik eniş 2,3%-ə çatıb. Britaniyanın NBP qaz fyuçersləri isə 2% ucuzlaşaraq 213 pens/termə düşüb. Bu müqavilə üzrə həftəlik azalma 2,1% olub.

Qaz qiymətlərinin enməsi bayramdan sonrakı zəif ticarət aktivliyi və əvvəlki günlərdə qiymətlərə daxil edilmiş risk mükafatlarının azalması ilə əlaqələndirilir.

Neft bazarında isə əks dinamika müşahidə olunur. Moskva vaxtı ilə saat 07:50-də “Brent” markalı neftin fyuçersləri 4 sent bahalaşaraq 96,61 dollara çatıb. Əvvəlki sessiyada təxminən 2 dollar artan neft qiymətləri üçhəftəlik eniş seriyasını dayandırmağa hazırlaşır.

Yaxın Şərqdə İranla bağlı gərginliyin artması və Hörmüz boğazından keçən kommersiya gəmilərinə hücumlar neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib. Bu amillər regiondan enerji ixracının pozulması riskini artıraraq qiymətlərə dəstək verir.

MONETAR.AZ