Bankların maliyyələşmə xərclərinə təsir edən amillərin təzyiqi azalıb

Bankların maliyyələşmə xərclərinə təsir edən

Azərbaycanda bankların maliyyələşmə dəyərinə təsir edən əsas amillərin təsir miqyası 2026-cı ilin əvvəlindən etibarən daralıb.

Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri” hesabatında bildirilib.

Hesabata əsasən, cari ilin III rübündə bankların maliyyələşmə dəyərinə təsir göstərən əsas amillər faiz dərəcələri, requlyativ çərçivədə dəyişikliklər, bankların likvidlik mövqeyi və banklararası rəqabət olub.

Mərkəzi Bank bu amillərin təsir miqyasının ilin əvvəlindən azalmasını bir neçə səbəblə izah edir.

Bunlara bankların requlyativ çərçivədə likvidlik tələblərinə uyğunlaşması, likvidlik mövqelərinin güclənməsi və faktiki depozit faizlərinin əmanətçilər üçün cəlbedici olması daxildir.

Başqa sözlə, bankların maliyyələşmə xərclərinə təsir edən təzyiqlər zəifləsə də, faiz dərəcələri və depozit bazarında rəqabət hələ də əhəmiyyətli amillər olaraq qalır.