Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi təklif olunur.
Bu dəyişiklik “Dövlət rüsumu haqqında” Qanuna parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan layihədə əksini tapıb. Sənəd birinci oxunuşda qəbul edilib.
Layihəyə əsasən, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə görə dövlət rüsumu yalnız mübahisələndirilən hissənin dəyəri əsasında hesablanacaq. Hazırda rüsum ilkin iddianın ümumi məbləğinin 50%-i əsasında müəyyən edilir.
Dəyişikliklərin məqsədi aşkar və mübahisəsiz tələblərin daha sürətli həllini təmin edən əmr icraatının tətbiqini genişləndirmək, məhkəmə yükünü və vətəndaşların hüquqi xərclərini azaltmaqdır.