Avropa Mərkəzi Bankının (AMB) İdarəetmə Şurasının üzvü, Niderland Mərkəzi Bankının rəhbəri Olaf Sleypen dekabr ayında faiz dərəcələrinin artırılmasının mümkün olduğunu bildirib. O, qərarın qeyri-müəyyən iqtisadi perspektivlərə görə növbəti iclasda veriləcəyini qeyd etsə də, siyasətin hansı istiqamətdə dəyişəcəyinin aydın olduğunu vurğulayıb.
Sleypenin sözlərinə görə, AMB qərarlarını hər iclasda mövcud məlumatlar əsasında qəbul edir. Bununla belə, onun açıqlaması dekabrda pul-kredit siyasətinin sərtləşdirilə biləcəyinə işarə edir.
Almaniya Bundesbankının rəhbəri Yoahim Nagel də daxil olmaqla, AMB-nin bir sıra nümayəndələri avrozonada inflyasiyanın yüksək qalmasını əsas gətirərək gələn ay faiz artımının zəruriliyini bildiriblər.
Sleypen 2027-ci il üzrə pul-kredit siyasətinə dair proqnoz verməkdən çəkinib. O, gələcək qərarları qiymətləndirməyə mane olan qeyri-müəyyənliklər arasında Fransanın da daxil olduğu bəzi ölkələrdə dövlət borcuna xidmət xərclərinin artmasını qeyd edib.
Fransanın dövlət maliyyəsi ilə bağlı vəziyyəti şərh edən AMB rəsmisi problemlərin ilk növbədə ölkənin özündə həll edilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması ağrısız olmayacaq, lakin mümkündür.
MONETAR.AZ