İlham Əliyev: İtaliya Qarabağda həyata keçirilən layihələrdə aparıcı yerlər tutur

İlham Əliyev: İtaliya Qarabağda həyata keçirilən layihələrdə

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri tərəfindən ümumilikdə 23 layihə icra olunub və hazırda da həyata keçirilməkdədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Nazirlər Şurasının sədri Corcia Meloni ilə birgə mətbuata açıqlamasında bildirib.

Dövlət başçısı vurğulayıb ki, xarici ölkə şirkətləri ilə müqayisədə, məhz İtaliya şirkətləri bu layihələrin icrasında yenə də aparıcı mövqeləri tutur.