Azərbaycan üzərindən Ermənistana gübrə daşınması davam edir

Azərbaycan üzərindən Ermənistana gübrə daşınması

Rusiya–Ermənistan istiqamətində növbəti yük daşınması Azərbaycanın ərazisi vasitəsilə tranzitlə həyata keçirilib.

Məlumata görə, Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində ümumi çəkisi 678 ton olan 10 vaqon gübrə yola salınıb.

Bildirilir ki, indiyədək Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana:

  • 25 min tondan çox taxıl,
  • təxminən 2 min ton gübrə,
  • 68 ton qarabaşaq daşınıb.

Bununla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. Hazırkı dövrədək bu ölkəyə:

  • 8,5 min tondan çox dizel yanacağı,
  • 979 ton Aİ-92 markalı benzin,
  • 2955 ton Aİ-95 markalı benzin göndərilib.