Bu gün saat 10:00-da dövlət qurumlarına məxsus müxtəlif nəqliyyat vasitələrinin hərracı keçiriləcək. Hərracda minik avtomobilləri, avtobuslar və yük maşınları satışa çıxarılacaq.
Satışa çıxarılan nəqliyyat vasitələri arasında CHEVROLET NIVA (2010) modeli 18 800 manat start qiyməti ilə diqqət çəkir. Bundan əlavə, siyahıda ISUZU BOQDAN, QAZ-322132, KIA Sportage, TOYOTA CAMRY və QAZ-3302-18 kimi müxtəlif növ nəqliyyat vasitələri yer alır.
Oğuz Rayon İcra Hakimiyyətinə məxsus CHEVROLET NIVA (2009) avtomobili 2 800 manat, Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olan VOLVO S80 (2008) isə 5 250 manat ilkin qiymətlə satışa çıxarılıb.
Hərracın ən böyük hissəsini Müdafiə Nazirliyinə məxsus çoxsaylı QAZ-3308 markalı yük avtomobilləri təşkil edir. Bu nəqliyyat vasitələri istehsal illərinə görə 2003–2005-ci illəri əhatə edir və 26 000 manatdan başlayaraq 29 250 manata qədər dəyişən start qiymətlərlə təklif olunur.
Digər qurumlar üzrə isə daha münasib qiymətə avtomobillər də mövcuddur. Belə ki, VAZ-21214 (2004) modeli 2 200 manat, CHEVROLET NIVA (2009) 2 200 manat, VAZ 21074 (2002) isə 1 600 manat ilkin qiymətlə hərraca çıxarılıb.
Qeyd olunur ki, bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarıldığı üçün endirimli qiymətlərlə təqdim edilir. Xüsusilə 3–6-cı sətirlər üzrə avtomobillər 50% endirimlə satışa çıxarılıb.
MONETAR.AZ