Qızıl investisiyalarında gəlirə təsir edən əsas xərclər

Qızıl investisiyalarında gəlirə təsir edən

Qızıl bazarında son illərdə müşahidə olunan qiymət artımı fonunda investisiya gəlirlərinə təsir edən əsas xərclər barədə yeni məlumatlar açıqlanıb.

Məlumata görə, qızıl investisiyalarında gəlirə təsir edən üç əsas faktor var: alış-satış fərqi (spred və komissiyalar), saxlanma xərcləri və idarəetmə haqları.

10 000 dollarlıq investisiya nümunəsində alış-satış zamanı yaranan xərclər qızıl sikkələrdə təxminən 800 dollar, külçələrdə 500 dollar, peşəkar platformalarda 115 dollar, ETF-lərdə isə 50 dollar təşkil edir.

Saxlanma xərclərinə gəldikdə, eyni məbləğdə qızıl üçün evdə saxlama və sığorta daxil olmaqla illik xərc təxminən 1 985 dollar, bank seyfi 1 125 dollar, peşəkar anbarlar 48 dollar, ETF-lər isə təxminən 32 dollar səviyyəsindədir.

Eyni zamanda, ETF investisiyalarında illik idarəetmə haqları orta hesabla 0,32 faiz təşkil edir. Bu göstərici 10 000 dollarlıq investisiyada aylıq təxminən 2,67 dollar, 50 000 dollarlıq portfeldə isə 13,33 dollar xərclə nəticələnir.

Mütəxəssislər bildirirlər ki, bəzi alternativ platformalarda ümumi xərc səviyyəsi 0,01 faiz kimi daha aşağı ola bilər.

Analitiklərin fikrincə, qızıl investisiyalarında real gəlirlilik yalnız qiymət artımından deyil, həm də bu xərclərin səviyyəsindən və düzgün idarə olunmasından asılıdır.

 MONETAR.AZ