Forbes jurnalının məlumatına görə, 2026-cı ildə dünyanın ən gənc milyarderlərinin siyahısında yer alan şəxslərin hamısı 23 yaşdan aşağıdır. Siyahıya ümumilikdə 30 yaşadək 35 milyarder daxil edilib ki, onların ümumi sərvəti 92,4 milyard dollar təşkil edir.
Qeyd olunur ki, gənc milyarderlərin böyük əksəriyyəti var-dövləti ailə bizneslərindən miras alıb. Bununla yanaşı, siyahıda öz sərvətini müstəqil qazanan gənc sahibkarlar da yer alır.
Reytinqdə ilk onluğa daxil olanlar arasında ən gənc milyarder 20 yaşlı Ameli Foyqt Trejes olub. Onun sərvəti 1,2 milyard dollar qiymətləndirilir və o, Braziliyanın sənaye şirkəti WEG-də pay sahibidir.
İkinci yerdə 20 yaşlı Yohannes fon Baumbax qərarlaşıb. O, Boehringer Ingelheim şirkətinin varislərindən biridir və sərvəti 6,6 milyard dollar təşkil edir.
Üçüncü pillədə isə 21 yaşlı Liviya Foyqt de Assis yer alır. O da WEG şirkətinin səhmdarlarından biridir.
Dördüncü yerdə 21 yaşlı Klemente Del Vekkio qərarlaşıb. O, EssilorLuxottica şirkətinin səhmlərini miras alıb.
Beşinci yeri 22 yaşlı Kim Conyon tutur. O, oyun şirkəti Nexon ilə bağlı holdinqdə pay sahibidir.
Siyahıda diqqət çəkən məqamlardan biri də üç gənc sahibkarın – Surya Midha, Brendan Foody və Adarsh Hiremath – öz sərvətlərini müstəqil şəkildə qazanmalarıdır. Onlar süni intellekt əsaslı işə qəbul platforması yaradan Mercor startapının təsisçiləridir və hər birinin sərvəti 2,2 milyard dollar qiymətləndirilir.
MONETAR.AZ