Azərbaycan və Almaniya nəqliyyat və aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin genişləndirilməsini müzakirə ediblər.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə X-də məlumat verib.
O bildirib ki, Almaniyanın nəqliyyat naziri Patrik Şnayder ilə görüş Leypsiq şəhərində baş tutub.
Danışıqlar zamanı tərəflər ölkələr arasında nəqliyyat sahəsində, xüsusilə avtomobil və aviasiya daşımaları istiqamətində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.