Mərkəzi Bank “Bank Respublika”ya ciddi tapşırıq verib

Mərkəzi Bank “Bank Respublika”ya

Azərbaycan Mərkəzi Bankı tərəfindən Bank Respublika ASC ilə bağlı icrası məcburi sərəncam verilib.

Mərkəzi Bankın yaydığı məlumata görə, aparılan nəzarət tədbirləri zamanı bank tərəfindən müştəri köçürmələrinin və inkasso sərəncamlarının icrası prosesində “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinin pozulması halları aşkarlanıb.

Bununla əlaqədar olaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsi rəhbər tutularaq banka daxili nəzarət mexanizmlərinin gücləndirilməsi tapşırılıb. Məqsəd gələcəkdə analoji pozuntuların təkrarlanmasının qarşısını almaqdır.

Qurumun məlumatında həmçinin qeyd olunub ki, aşkar edilmiş nöqsanlarla bağlı məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün banka icrası məcburi sərəncam təqdim edilib.

MONETAR.AZ