Polşanın Mərkəzi Bankı əsas faiz dərəcəsini dünən 3,75% səviyyəsində dəyişməz saxlayıb. Qərar geosiyasi risklər və onların iqtisadiyyata təsiri ilə əsaslandırılıb.
Polşa Milli Bankı bu barədə rəsmi açıqlamasında bildirib ki, pul-kredit siyasətində gələcək dəyişikliklər daxil olan iqtisadi məlumatlardan asılı olacaq.
Mərkəzi bank qeyd edib ki, cari ilin birinci rübündə ÜDM artımının zəiflədiyi ehtimal olunur. Rəsmilər həmçinin büdcə siyasəti və yanacaq qiymətlərinin tənzimlənməsini istehlak qiymətləri indeksinə təsir edə biləcək potensial risklər kimi qiymətləndiriblər.
Bank zərurət yarandığı halda valyuta bazarına müdaxilə edə biləcəyini də vurğulayıb.
MONETAR.AZ