Bitcoin bugün günü son üç aylıq maksimumlardan bir qədər geri çəkilib. Son rallinin zəifləməsinə dünyanın ən böyük korporativ kriptovalyuta sahibi olan “Strategy” şirkətinin aktivlərinin bir hissəsini satmaq ehtimalını açıqlaması səbəb olub.
Bununla belə, kriptobazar və ümumi maliyyə bazarları müsbət əhval-ruhiyyəni qoruyub saxlayıb: ABŞ və İran arasında münaqişənin yumşalması ilə bağlı gözləntilər riskli aktivlərdə artımı dəstəkləyib.
Bitcoin 10:16-ya olan məlumata görə 0,7% ucuzlaşaraq 80 951,3 dollar səviyyəsinə düşüb. Dünyanın ən böyük kriptovalyutası apreldə təxminən 12% artım göstərmişdi. Bu artım həm enişlərdə alışlar, həm də İranla bağlı müharibə risklərinin azalması gözləntiləri ilə dəstəklənmişdi.
May ayının əvvəlində ABŞ və İranın danışıqlarda irəliləyiş əldə etdiyini bildirməsi kriptobazarında yeni yüksəliş dalğasına səbəb olmuşdu. Mənbələr tərəflərin razılaşmaya yaxın olduğunu qeyd edərək bu həftə riskli aktivlərdə kəskin bahalaşmanı gücləndirib.
MONETAR.AZ