Neft qiymətləri sülh ümidləri fonunda enişdən sonra bərpa olunur

Neft qiymətləri sülh ümidləri fonunda enişdən sonra

Neft qiymətləri bugün Asiya ticarəti zamanı cüzi artım göstərib. Bu, əvvəlki sessiyada 7%-dən çox ucuzlaşmadan sonra baş verib. İnvestorlar Yaxın Şərqdə mümkün sülh razılaşmasının perspektivlərini qiymətləndirir və ABŞ-dakı neft ehtiyatları ilə bağlı məlumatları təhlil edirlər.

Bakı vaxtı ilə saat 05:18-ə olan məlumata görə, iyul ayı üzrə Brent markalı neft fyuçersləri 0,9% artaraq bir barel üçün 102,14 dollara yüksəlib. West Texas Intermediate (WTI) markalı neft fyuçersləri isə 1,3% bahalaşaraq 96,24 dollar səviyyəsinə çatıb.

MONETAR.AZ