Dünya bazarlarında bu gün müxtəlif seqmentlər üzrə fərqli dinamika müşahidə olunur.
Kriptovalyuta bazarında nisbətən sabitlik qeydə alınsa da, Binans koin 3,09 faiz artımla günün lideri olub.
Kənd təsərrüfatı məhsulları bazarında isə əsasən eniş tendensiyası üstünlük təşkil edib. Ən çox ucuzlaşan məhsul yulaf olub – 7,17 faiz azalma qeydə alınıb. Palma yağı 3,89 faiz, şəkər isə 3,51 faiz ucuzlaşıb. Bununla yanaşı, kakao 4,96 faiz, kərə yağı isə 2,86 faiz bahalaşıb.
Metallar bazarında artım müşahidə olunub. Gümüş 6,15 faiz artaraq ən çox bahalaşan metal olub. Litium karbonat 5,93 faiz, platin 4,33 faiz, qızıl isə 2,90 faiz yüksəlib.
Enerji bazarında isə kəskin eniş qeydə alınıb. Brent markalı xam neft 8,24 faiz ucuzlaşıb. WTI markalı xam neft 7,52 faiz, isitmə mazutu 6,25 faiz azalıb. Eyni zamanda, metanol 1,37 faiz, koks kömürü isə 0,85 faiz artım göstərib.
MONETAR.AZ