Qızıl İranla mümkün sülh ümidləri fonunda bahalaşır

Qızıl İranla mümkün sülh ümidləri fonunda

Qızıl qiymətləri bugün Asiya ticarəti zamanı cüzi artım göstərib. Əvvəlki sessiyada təxminən 3% yüksəliş qeydə alınmışdı. ABŞ və İran arasında mümkün sülh sazişi ilə bağlı ümidlər inflyasiya narahatlıqlarını zəiflədib, dolların ucuzlaşması isə tələbi əlavə olaraq dəstəkləyib.

Spot qızılın qiyməti Bakı vaxtı ilə saat 02:21-ə olan məlumata görə 0,4% artaraq bir unsiya üçün 4 707,31 dollara yüksəlib. ABŞ-da iyun ayı üzrə qızıl fyuçersləri də 0,4% bahalaşaraq 4 713,86 dollar olub.

Dünən qızıl 2,9% bahalaşıb ki, bu da martın sonundan bəri ən böyük gündəlik artım hesab olunur. Artım əsasən Yaxın Şərqdə gərginliyin azalacağı gözləntiləri fonunda neft qiymətlərinin kəskin enməsi ilə əlaqələndirilir.

MONETAR.AZ