ABŞ prezidenti Donald Tramp İranla bağlı danışıqların gedişi barədə açıqlama verib.
Tramp Ağ evdə keçirilən tədbirdə İranın ABŞ ilə razılaşma əldə etmək istədiyini bildirib. O qeyd edib ki, hazırda tərəflər arasında danışıqlar davam edir və nəticənin necə olacağı yaxın zamanda bəlli olacaq.
ABŞ prezidenti İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vurğulayaraq, Vaşinqton üçün qənaətbəxş razılaşmanın əldə olunub-olunmayacağını izlədiklərini deyib.
Vaxt qrafiki ilə bağlı suala cavab verən Tramp “bir həftə” ifadəsini işlədib.
Bununla yanaşı, Tramp ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının effektiv olduğunu iddia edib. O, bu tədbirlərin İranın neft satışına ciddi təsir göstərdiyini bildirib.
Son günlər tərəflər arasında mümkün razılaşma ilə bağlı intensiv diplomatik proseslər gedir. Məlumata görə, ABŞ və İran arasında münaqişəni dayandırmaq üçün ilkin memorandum üzərində iş aparılır və bu, daha geniş danışıqlara zəmin yarada bilər.
Eyni zamanda, ABŞ administrasiyası danışıqlara imkan yaratmaq məqsədilə bəzi hərbi addımları müvəqqəti dayandırıb, lakin regionda gərginlik hələ də qalmaqdadır.
MONETAR.AZ