Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Monetar.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla fərdi təqaüdə aşağıdakı şəxslər layiq görülürlər:
- Abbasov Adil Möhsün oğlu;
- Bağırova Sənubər Yusufovna;
- Həkimova Svetlana Calal qızı;
- Hüseynov Rövşən Maqsud oğlu;
- Mehdiyev Cahangir Yaqub oğlu;
- Məlik-Aslanov Ramiz Lütfəli oğlu;
- Məmmədov Alim Tahir oğlu;
- Məmmədova Rimma Şahbabayevna;
- Mustafayev Mustafa Şura oğlu;
- Nəsirova Hicran Fətəli qızı;
- Rəhimova Adilə Teymurovna.
Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.