Azərbaycan Dövlət Aqrar Universiteti müxtəlif kafedralar üzrə professor-müəllim heyəti və rəhbər vəzifələrin tutulması üçün müsabiqə elan edib.
Elana əsasən, universitetdə biologiya, aqrar sahənin iqtisadiyyatı, meliorasiya və hidrotexniki qurğular, bağçılıq, bitkiçilik, maliyyə və mühasibat uçotu, dillər tədris mərkəzi, ekologiya və meşəçilik, əczaçılıq, informasiya texnologiyaları, aqrobiznes, menecment və marketinq, qida təhlükəsizliyi və digər istiqamətlər üzrə kafedra müdiri, professor, dosent və baş müəllim vəzifələri vakant hesab olunur.
Biologiya kafedra müdiri 1 yer, dosent 2 yer
Aqrar sahənin iqtisadiyyatı professor 1 yer, 0,5 şt.v.
baş müəllim 1 yer
Meliorasiya və hidrotexniki qurğular dosent 1 yer
Bağçılıq dosent 1 yer
Bitkiçilik dosent 1 yer
Anatomiya və yoluxmayan daxili xəstəliklər dosent 2 yer
İctimai fənlər dosent 1 yer
Maliyyə və mühasibat uçotu dosent 2 yer, 0,5 şt.v. dosent 1yer
Dillər tədris mərkəzi dosent 1 yer, baş müəllim yer
Kimya dosent 1 yer, baş müəllim 1 yer
Ekologiya və meşəçilik dosent 1 yer, baş müəllim 1 yer
Əczaçılıq dosent 1 yer, baş müəllim 1 yer
Ümumi və xüsusi zootexniya dosent 1 yer, baş müəllim 1 yer
Bitki mühafizəsi baş müəllim 1 yer
Qida mühəndisliyi və şərabçılıq baş müəllim 1 yer
İnformasiya texnologiyaları baş müəllim 1 yer
Epizootologiya, mikrobiologiya və
parazitologiya baş müəllim 2 yer
Aqrobiznes, menecment və marketinq baş müəllim 3 yer, 0,5 şt.v. baş müəllim 2 yer
Gigiyena və qida təhlükəsizliyi baş müəllim 1 yer
Ümumi əkinçilik, genetika və seleksiya baş müəllim 1 yer
Yerquruluşu baş müəllim 1 yer
Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənədləri Təhsil Nazirliyinin müvafiq qaydalarına uyğun olaraq qəbul ediləcək. Ərizələrin qəbulu elanın dərc olunduğu tarixdən etibarən 1 ay müddətində aparılır.
Sənədlər universitetin Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən inzibati binasına təqdim edilə bilər. Əlavə məlumat üçün (022) 266-00-56, (022) 266-89-57 nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.
MONETAR.AZ