Dünyanın müxtəlif ölkələrində əhalinin müntəzəm tibbi müayinələrə münasibəti fərqli səviyyədədir. Beynəlxalq araşdırmanın nəticələri göstərir ki, bu vərdiş bəzi ölkələrdə daha geniş yayılıb.
Statista Consumer Insights tərəfindən aparılan araşdırmaya görə Cənubi Koreya müntəzəm tibbi müayinələrə görə lider mövqedədir. Respondentlərin 64 faizi mütəmadi olaraq həkim müayinəsindən keçdiyini bildirib.
İkinci yerdə Braziliya qərarlaşıb (61 faiz). Onu İspaniya izləyir (51 faiz).
Sorğu nəticələrinə görə, digər ölkələrdə göstəricilər aşağıdakı kimidir: Çin - 47 faiz, Almaniya - 46 faiz, ABŞ - 45 faiz, Cənubi Afrika - 44 faiz.
Ən aşağı nəticə isə Böyük Britaniya-da qeydə alınıb. Burada respondentlərin cəmi 36 faizi müntəzəm tibbi müayinələrdən keçdiyini qeyd edib.
Mütəxəssislərin fikrincə, ölkələr arasında bu fərqlər bir sıra amillərlə bağlıdır. Bunlara səhiyyə xidmətlərinə çıxış imkanları, əhalinin maarifləndirmə səviyyəsi, dövlət və işəgötürən siyasəti, eləcə də şəxsi vərdişlər və vaxt məhdudiyyətləri daxildir.
MONETAR.AZ