ABŞ-da “Regular” markalı benzin (Aİ-92 analoqu) rekord səviyyəyə qədər bahalaşıb. Orta qiymət son dəfə 2022-ci ilin iyulunda qeydə alınan maksimumu yeniləyib.
Məlumata görə, benzinin orta qiyməti qallon üçün 4,483 dollar təşkil edir. Son 24 saatda qiymət demək olar ki, 3 sent, bir həftə ərzində isə 30 sentdən çox artıb.
Ən yüksək qiymətlər Kaliforniya ştatında müşahidə olunur. Burada benzin qallon üçün 6,131 dollar səviyyəsinə çatıb.
Digər bahalı ştatlar arasında Vaşinqton ştatı, Oreqon, Nevada, Alyaska və Havay yer alır. Bu bölgələrdə yanacağın qiyməti 5 dollardan yuxarıdır.
Ən ucuz benzin isə Oklahoma ştatında qeydə alınıb. Burada qiymət qallon üçün 3,897 dollar təşkil edir. Corciya ştatında isə qiymət bundan bir qədər yüksəkdir.